Ukrayna DİN helikopter qəzasının diversiya olduğunu istisna etmir

Ukrayna DİN helikopter qəzasının diversiya olduğunu istisna etmir
# 18 yanvar 2023 12:52 (UTC +04:00)

Ukrayna Daxili İşlər Nazirliyi Kiyev vilayətində baş verən helikopter qəzasının səbəbləri ilə bağlı açıqlama yayıb.

APA Nazirliyə istinadən xəbər verir ki, qəzanın baş vermə səbəbləri arasında helikopterdə texniki nasazlıq, təhlükəsizlik qaydalarının pozulması və diversiya ehtimalları mümkün sayılır.

Xatırladaq ki, Brovarı şəhərində baş verən qəzada 18 nəfər həlak olub, 26 nəfər yaralanıb. Həlak olanlar arasında daxili işlər naziri, onun müavini və DİN-in dövlət katibi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR