Ukrayna raket atəşinə tutulub, ölənlər və yaralananlar var

Ukrayna raket atəşinə tutulub, ölənlər və yaralananlar var
# 13 mart 2023 11:18 (UTC +04:00)

Ukraynanın Nikolayev vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumatda deyilir ki, səhər saatlarında Kutsurub yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1978 və 1980-ci il təvəllüdlü kişi və qadın həlak olub.

Həmçinin əlavə olunub ki, 7 yaşlı uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Əlavə olaraq 2 nəfərin yaralandığı da qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR