Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
# 03 iyun 2022 12:43 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 367 tankı, 3 366 zirehli döyüş maşını, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 havadan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 2329 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 535 dronu, 51 xüsusi avadanlığı, 121 qanadlı raketi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 30 950-yə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR