Ukrayna Sosialist Partiyası qadağan edilib

Ukrayna Sosialist Partiyası qadağan edilib
# 15 iyun 2022 21:00 (UTC +04:00)

Lvov Apellyasiya Məhkəməsi Ukrayna Sosialist Partiyasının qadağan edilməsinə dair qərar çıxarıb.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məhkəmənin qərarı ilə ləğv edilmiş partiyanın bütün əmlakı dövlətə verilməlidir. Siyasi partiyanın rəhbər şəxsləri antiukrayna fəaliyyətdə ittiham olunur.

Ukrayna Sosialist Partiyası qərardan kassasiya şikayəti verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR