Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb

Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
# 23 iyun 2022 15:46 (UTC +04:00)

Ukraynada müharibə başlayandan 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb.

APA xəbər verir ki, bu barədə UNESCO-nun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bunlardan 70-i dini, 30-u tarixi binadır.

Bundan başqa, müharibə dövründə 18 mədəniyyət mərkəzi, 15 abidə, 12 muzey və 7 kitabxana dağıdılıb.

Təşkilat beynəlxalq hüquqa hörmətə dair çağırışını təkrarlayıb və bölgədəki mədəniyyət sahəsi üzrə peşəkarlara dəstək fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR