Rusiyanın Odessada yataqxanaya raket zərbəsi endirməsi nəticəsində 14 yaşlı oğlan və 17 yaşlı qız həlak olub.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
“Nə üçün? Bu uşaqlar və yataqxana Rusiya dövlətini təhdid etmək üçün nə edib?”, - Zelenski deyib.
Zelenski Ukraynanın Rusiya tərəfindən işğalının başlamasından sonra 220 uşağın həlak olduğunu bildirib.
O, ən az 1570 təhsil müəssisəsinin top atəşi ilə məhv edildiyini və ya zədələndiyini əlavə edib.