Ukraynada daha bir amerikalı həlak olub.
APA Unian.net-ə istinadən xəbər verir ki, Severodonetsk şəhəri uğrunda gedən döyüşlərdə 52 yaşlı amerikalı könüllü Stiven Zabelski ölüb.
ABŞ ordusunun keçmiş hərbçisinin minaya düşdüyü bildirilir.
Zabelskinin həyat yoldaşı, 5 ögey övladı və 1 nəvəsinin olduğu bildirilir.