Ukraynada futbol çempionatları bərpa olunur

Ukraynada futbol çempionatları bərpa olunur
# 05 iyun 2022 15:06 (UTC +04:00)

Ukraynada avqustda futbol üzrə ölkə çempionatlarına başlanılması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bu barədə “Associated-Press” agentliyi Ukrayna Futbol Assosiasiyasının Prezidenti Andrey Pavelkoya istinadən məlumat yayıb.

Rusiyanın hücumu ilə əlaqədar fevralın 24-dən Ukraynada futbol oyunları dayandırılıb. Andrey Pavelko deyib ki, bununla bağlı Prezident Vladimir Zelenski ilə müzakirə aparıb. Onun sözlərinə görə, futbol güclü təsir vasitəsidir, insanlara gələcək barədə düşünməyə kömək edir: “Buna görə də Prezident Vladimir Zelenski ilə avqustda Ukraynada futbol çempionatının bərpa edilməsi barədə qərar qəbul etdik”.

Ukrayna Futbol Assosiasiyasının prezidenti kişilər arasında premyer-liqa, birinci və ikinci liqa, o cümlədən qadınlar arasında çempionatın bərpa edilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Andrey Pavelko qəbul etdikləri qərar barədə FİFA Prezidenti Canni İnfantino və UEFA Prezidenti Aleksandr Çeferini məlumatlandırdığını də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR