Ukraynada müharibədə 263 uşaq həlak olub

Ukraynada müharibədə 263 uşaq həlak olub
# 07 iyun 2022 11:28 (UTC +04:00)

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 263 uşaq həlak olub, daha 467 uşaq isə yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, fevral ayından Ukraynada ən azı 1940 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 184-ü tamamilə dağıdılıb.

Prokurorluq bu rəqəmlərin aktiv döyüş əməliyyatlarının davam etdiyi əraziləri, həmçinin Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki itkiləri əhatə etmədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR