Ukraynada Rusiya PUA-sının vurulması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Ukraynada Rusiya PUA-sının vurulması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 25 iyul 2022 22:01 (UTC +04:00)

Rusiyaya Volın vilayətində Rusiyaya məxsus PUA vurulub.

APA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Ukrayna HHQ tərəfindən vurulmuş aparatın qırıqları yaşayış evinin üstünə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Onlardan üçü uşaqdır. Hazırda yaralılardan ikisi xəstəxanada stasionar müalicə alır.

Bu gün Volın vilayətində Rusiyaya məxsus daha bir PUA yaşayış məntəqələrindən kənarda vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR