Ukraynanın xarici işlər naziri və AEBA-nın baş direktoru Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər

Ukraynanın xarici işlər naziri və AEBA-nın baş direktoru Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər
# 02 oktyabr 2022 16:21 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Beynəlxalq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi telefonla Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Kuleba bu gün Twitter-də yazıb.

"Mən Rafael Qrossi ilə söhbət etdim və Ukraynanın Zaporojye AES-də AEBA ekspertlərinin rotasiyasını asanlaşdırmağa hazır olduğunu bildirdim", - Kuleba yazıb.

Daha əvvəl “Reuters” agentliyi AEBA-nın bəyanatına istinadən xəbər vermişdi ki, Qrossi Zaporojye AES ətrafında fiziki və texniki təhlükəsizlik zonasının yaradılmasını müzakirə etmək üçün gələn həftə Moskva və Kiyevə səfər edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR