Ukraynaya 4,5 milyard dollarlıq iqtisadi yardım ödəniləcək

Ukraynaya 4,5 milyard dollarlıq iqtisadi yardım ödəniləcək
# 22 noyabr 2022 20:37 (UTC +04:00)

Ukraynaya ayırılmış 4,5 milyard ABŞ dolları həcmində iqtisadi yardımın qarşıdakı həftələrdə ödənilməsinə başlanılacaq.

APA Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yelen bildirib.

O, qeyd edib ki, sentyabrda təsdiqlənmiş maliyyə yardımının məqsədi Ukraynanın iqtisadi sabitliyini gücləndirmək və əsas hökumət xidmətlərini dəstəkləməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR