Alman parlamenti Türkiyənin «Patriot»la bağlı tələbinə gələn həftə cavab verəcək

Alman parlamenti Türkiyənin «Patriot»la bağlı tələbinə gələn həftə cavab verəcək
# 03 dekabr 2012 22:45 (UTC +04:00)

Bakı-APA. Almaniya Bundestaqı NATO çərçivəsində Türkiyə-Suriya sərhədinə Patriot raketlərinin yerləşdirilməsi məsələsində gələn həftə qərar verəcək. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.

Məlumata görə, Almaniyanın Patriot raketlərinin Türkiyə-Suriya sərhədinə yerləşdirilməsi məsələsi dekabrın 12-də parlamentdə müzakirə ediləcək. Yekun qərarın dekabrın 14-də verilməsi gözlənilir.

Almaniya müdafiə naziri Tomas de Mezyer Bundestaqdan bu məsələdə tez bir zamanda qərar verməsini xahiş edib.

Məlumata əsasən, dekabrın 6-da alman hökuməti də bu məsələni müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR