Gürcüstan məhsullarının Avropa bazarlarına çıxışı asanlaşdırılır

Gürcüstan məhsullarının Avropa bazarlarına çıxışı asanlaşdırılır
# 22 iyul 2013 16:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Avropa Birliyi Gürcüstanla Assosiativ Sazişin bir hissəsi olan Dərin və Əhatəli Azad Ticarət Zonası üzrə danışıqları uğurla tamamlayıb.

APA-nın Avropa Birliyinin saytına istinadən verdiyi məlumata görə, bu saziş Gürcüstan üçün AB ilə siyasi əlaqələri sıxlaşdırmağa və iqtisadi inteqrasiya etməyə imkan yaradacaq.

Saziş Gürcüstan məhsullarının AB bazarlarına daha asan çıxmasını təmin edəcək, bu ölkənin ticarət sahəsində islahatlara və Avropadan Gürcüstana birbaşa investisiyalara yol açacaq. Gözlənilir ki, bu sazişlə Gürcüstanın Avropa Birliyinə ixrac səviyyəsini 12% faiz, idxal səviyyəsini 7,5%, uzunmüddətli ÜDM səviyyəsini isə 4,3% artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR