Praqada ATƏT-in 21-ci İqtisadi və Ətraf Mühit Forumunun yekun görüşü olacaq

Praqada ATƏT-in 21-ci İqtisadi və Ətraf Mühit Forumunun yekun görüşü olacaq
# 23 iyul 2013 11:26 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu ilin sentyabrın 11-dən 13-dək Praqada ATƏT-in 21-ci İqtisadi və Ətraf Mühit Forumunun yekun görüşü olacaq. APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, görüş “Stabillik və təhlükəsizliyin artırılması: ATƏT regionunda enerji fəaliyyətinin ekoloji amillərinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək. Tədbir Ukraynanın ATƏT-də sədrlik çərçivəsində təşkilatının iqtisadi və ətraf mühit fəaliyyəti üzrə əlaqələndiricinin ofisi tərəfindən təşkil olunacaq.

Görüşdə 57 ölkənin vətəndaş cəmiyyəti, biznes aləmini təmsil edən 350 nümayəndə iştirak edəcək. Tədbirin əsas məqsədi ATƏT çərçivəsində siyasi dialoqun artırılması, təhlükəsizliyi ilə bağlı olan iqtisadi və ətraf mühit məsələlərə siyasi təkan verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR