Qərbi Gürcüstanda 20 ev sel suları altında qalıb

Qərbi Gürcüstanda 20 ev sel suları altında qalıb
# 19 iyul 2013 23:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Qərbi Gürcüstanda çayların öz məcrasından çıxması nəticəsində iki rayon ərazisi sel sularının altında qalıb. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Zuqdidi və Tsalencixi rayonlarında yollar uçub, torpaq sürüşməsi baş verib və 20 ev sel suları altında qalıb, əkin sahələri məhv olub.

Hazırda adı çəkilən rayonlarda güclü yağışlar davam edir.

Təbii fəlakətlə əlaqədar komissiya yaradılıb və hava şəraiti imkan verən kimi dəyən ziyan hesablanmağa başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR