Türkiyənin Amanos dağlarında PKK terrorçularına ağır zərbə endirilib

Türkiyənin Amanos dağlarında PKK terrorçularına ağır zərbə endirilib
# 05 dekabr 2012 10:48 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Amanos dağlarının Osmaniyə vilayəti ərazisindəki ətəklərində 3 dekabr tarixində keçirilən əməliyyatda uzun müddətdir bu ərazidə fəaliyyət göstərən və qışa hazırlıq görən terrorçu qruplaşmaya ağır zərbə endirilib.

Əməliyyatı jandarma kommandosları və polis xüsusi təyinatlılarından ibarət 1000 nəfərlik qüvvə keçirib. Əməliyyata zirehli texnika və hərbi helikopterlər də cəlb olunub. Osmaniyə valiliyi əməliyyat zamanı 13 terrorçunun məhv edildiyini, 5 terrorçunun isə sağ yaxalandığını açıqlayıb. Terrorçulara məxsus 8 ədəd “Kalaşnikov” avtomatı, 8 ədəd “M-16” avtomatı, 21 əl qumbarası, 1 qumbaraatan, 100 qram A-4 tipli partlayıcı maddə, 10 ratsiya, 3 durbin, çoxlu miqdarda qida və digər zəruri ləvazimatlar aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR