Yunan sərhədçiləri əfqan miqrantı güllələyib

 Yunan sərhədçiləri əfqan miqrantı güllələyib
# 13 iyun 2022 22:13 (UTC +04:00)

Yunan sərhədçiləri Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən əfqan miqrantı güllələyib.

APA xəbər verir ki, bu barədə türk polisi məlumat yayıb. Ədirnə əyalətinin polis idarəsi faktı təsdiqləyib.

Doğan Xəbər Agentliyinin məlumatına görə, yunan sərhədçiləri ölkəyə qanunsuz daxil olmaq istəyən 8 əfqan miqrantdan ibarət qrupa atəş açıb. Nəticədə 1 nəfər ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR