Yunanıstan İran tankerinə kömək etməyəcək

Yunanıstan İran tankerinə kömək etməyəcək
  • Clock-gray 13:10
  • calendar-gray 21 Avqust 2019

“Yunanıstan Suriyaya neft çatdırmaq üçün Aralıq dənizində üzən İran tankerinə kömək etməyəcək”.

APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan Xarici İşlər nazirinin müavini Miltiadis Varvitsiotis yerli ANT1 televiziyasına deyib.

Nazir müavini ölkəsinin Peloponnes yarımadasının Kalamata limanına istiqamət alan İran neft tankeri "Adrian Darya 1”-ə kömək etməyəcəyini bəyan edib.

“Bu gəminin Suriyaya gedişini asanlaşdırmaq istəmədiyimiz barədə mesaj göndərmək istəyirik”, - deyə o bildirib.

Qeyd edək ki, avqustun 19-da Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi açıqlama verərək bildirib ki, ABŞ Yunanıstanı və digər Aralıq dənizi hövzəsi ölkələrini gəmi heyətinə köməklik göstərilməsinin nəticələri barədə xəbərdar edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date