Yunanıstan XİN başçısı Liviya Prezidenti ilə görüşdən imtina edib - FOTO

Yunanıstan XİN başçısı  Liviya Prezidenti ilə görüşdən imtina edib - FOTO
# 17 noyabr 2022 14:07 (UTC +04:00)

Yunanıstan xarici işlər naziri Nikos Dendias son məqamda Liviya Prezident Şurasının sədri Mohamed Menfi ilə görüşdən imtina edib.

APA xəbər verir ki, Dendias və Mohamed Menfi arasında görüşün ləğv olunması barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dendias deyib ki, Liviyanın Tripoli şəhərinə səfəri qarşı tərəfin iki ölkənin Xarici İşlər Nazirlikləri arasında görüşün olmayacağına dair razılaşmanı pozduğu üçün ləğv edilib.

Dendiasın təyyarəsi Tripoliyə endikdən bir neçə dəqiqə sonra xarici işlər naziri təyyarədən enmədən dərhal Benqaziyə uçub.

Mənbələr bildirib ki, Menfi və Dendias arasında görüş planlaşdırılmayıb, lakin Menfi Dendiasdan səfərdən bir gün əvvəl onunla görüşmək üçün Tripolidə dayanmağı xahiş edib. Nazir Dendias yalnız Menfi ilə görüşəcəyini və başqa heç bir şəxsin iştirak etməməsi şərti ilə görüşə razılaşıb.

Təyyarə Tripoliyə enərkən, Tripoli hökumətinin xarici işlər naziri Najla Manguş onu qarşılamaq üçün hava limanında gözləyib, bu zaman Dendias Menfi ilə görüşmədən ayrılmağa qərar verib.

“Şərqi Liviyaya səfər proqramının normal şəkildə həyata keçiriləcəyi Benqazi hava limanında”, - Nikos Dendias Benqazi hava limanından foto paylaşaraq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR