Yunanıstan XİN: "Bu çətin anda Türkiyə xalqı və hökuməti ilə həmrəyik"

Yunanıstan XİN: "Bu çətin anda Türkiyə xalqı və hökuməti ilə həmrəyik"
# 23 noyabr 2022 13:43 (UTC +04:00)

"Bu çətin anda Türkiyə xalqı və hökuməti ilə həmrəyik".

APA xəbər verir ki, bunu Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən zəlzələ ilə bağlı "Twitter"də paylaşımında bildirib.

"Düşüncələrimiz Türkiyənin şimal-qərbində yerləşən Düzce vilayətində baş verən zəlzələdən zərər çəkən hər kəslədir. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu çətin zamanda Türkiyə xalqı və hökuməti ilə həmrəyik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə çatıb, onlardan birinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR