Zelenski 5 vilayətdə Təhlükəsizlik Xidmətinin departamentlərinə yeni rəhbərlər təyin edib

Zelenski 5 vilayətdə Təhlükəsizlik Xidmətinin departamentlərinə yeni rəhbərlər təyin edib
# 19 iyul 2022 13:09 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski 5 vilayətdə Təhlükəsizlik Xidmətinin (SBU) departamentlərinə yeni rəhbərlər təyin edib.

APA xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Prezidentin imzaladığı fərmanlara əsasən, Xarkov, Sumi, Poltava, Zakarpatya və Dnepropetrovsk vilayətlərinin Təhlükəsizlik Xidmətlərinə yeni rəhbərlər təyin olunub.

Həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin direktorunun müavini Vladimir Qorbenka vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR