Zelenski ABŞ Dövlət katibi ilə görüşüb

Vladimir Zelenski, Entoni Blinken

© APA | Vladimir Zelenski, Entoni Blinken

# 19 yanvar 2022 17:02 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.

Ukrayna Prezidenti de-eskalasiya prosesi üçün ABŞ Dövlət katibinin aktiv fəaliyyətini yüksək qiymətləndirdiyini deyib: "Birləşmiş Ştatların siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Ölkələrimiz arasında iqtisadi və maliyyə əməkdaşlığının genişlənməsinə arxayınıq. Əminəm ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı qərar olmayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR