Zelenski Avropa Parlamentinin Rusiya ilə bağlı qətnaməsini alqışlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 23 noyabr 2022 16:10 (UTC +04:00)

"Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru və terror vasitələrindən istifadə edən dövlət kimi tanıması qərarını alqışlayıram".

APA xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

"Ukraynada və bütün dünyada uzun illər davam edən terror siyasətinə son qoymaq üçün Rusiya bütün səviyyələrdə təcrid olunmalı və cavabdehlik daşımalıdır", Prezident Zelenski bildirib.

Ukraynanın xarici işlər naziri də Rusiyanı suveren dövlətlər qarşı terrorda ittiham edib. "Mən bu qərara görə Avropa Parlamentinə təşəkkür edirəm", o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR