Zelenski Rusiyada Qərb silahlarından istifadə edilmədiyini bildirib

Zelenski Rusiyada Qərb silahlarından istifadə edilmədiyini bildirib
# 06 iyun 2023 22:23 (UTC +04:00)

Kiyev Rusiyada Qərb silahlardan istifadə etmir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz Rusiya ərazisində Qərb silahlarından istifadə etmirik, heç kim bu barədə mənə məlumat verməyib”, - deyə o, Kiyevdə mətbuat konfransında bildirib.

İyunun 4-də "Le Soir" qəzeti mənbələrə istinadən yazıb ki, Belçika səlahiyyətliləri yaxın gələcəkdə Belqoroda hücum zamanı Belçika silahlarından istifadə faktını izah etmək tələbi ilə Ukraynaya sorğu göndərəcək.

Onların sözlərinə görə, ölkənin müdafiə naziri Lyudivin Dedonder və xarici işlər naziri Aca Lyabib Kiyevə verilən silahların Rusiya Federasiyası ərazisində də kənar şəxslərin istifadəsinə icazə verilmədiyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR