Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələdən sonra Hatay şəhərinin Kırıkhan qəsəbəsində qaz xəttində partlayış baş verib.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Topboğaz kəndindən 200 metr aralıda və 3 kilometr məsafədə iki ayrı yerdə baş vermiş partlayış nəticəsində yanğın meydana gəlib.
Xəttin bərpa edilməsi üçün briqadalar cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ olub.