İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb
# 11 mart 2023 20:17 (UTC +04:00)

İndoneziyanın şimalındakı Riau adalarında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Sinxua agentliyi məlumat verib.

Daha əvvəl 33 nəfərin həlak olduğu bildirilirdi.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 11 nəfər itkin düşüb. 2 mindən çox sakin təxliyə edilib.

Xatırladaq ki, martın 6-da İndoneziyanın şimalındakı Riau adalarında güclü leysan yağışları səbəbindən silsilə torpaq sürüşməsi baş verib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR