Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçirib - VİDEO

Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçirib - VİDEO
# 10 avqust 2020 16:56 (UTC +04:00)

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR