Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir
# 27 yanvar 2020 18:24 (UTC +04:00)

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılır.

Praktiki məşqlərdə taktiki-sıra və sıra hazırlığının təşkili, hazırlanması və keçirilməsi metodikası nümayiş etdirilir.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığı və mənəvi-psixoloji hazırlıqdan müxtəlif mövzularda mühazirələr oxunur.

Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi toplantılar davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR