Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub
  • Clock-gray 12:32
  • calendar-gray 03 Oktyabr 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

APA-nın xəbərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı (nazir, müavinlər və kollektiv), eləcə də nazirliyin strukturuna daxil olan və daxil olmayan, tabeliyindəki qurumların rəhbərliyi və əməkdaşları könüllü qaydada öz aylıq vəzifə maaşlarını ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər