Millət vəkilləri Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər

Millət vəkilləri Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər
# 04 iyul 2019 12:43 (UTC +04:00)

“Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər. Biz yeni bir təşəbbüs irəli sürdük və bu məsələni bir daha gündəmə gətirmək istədik. YAP bunu geniş şəkildə dəstəklədi və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdi”.

APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, bu təşəbbüsə millət vəkilləri də qoşulub: “Digər şəxslərin də bu təşəbbüsə qoşulması əlbəttə şəxsi məsələdir. Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı daim orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır”.

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanın qüdrətli ordusu var: “Ordumuz ən güclü 52 ordusu içərisində yer tutur. Aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Ordumuzun büdcə vəsaitləri bəlkə də Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan xalqının ordumuza göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR