Nazir müavininə general-leytenant rütbəsi verilib

Nazir müavininə general-leytenant rütbəsi verilib
# 24 iyun 2019 18:17 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Müdafiə Nazirinin Maddi-Texniki Təminat Üzrə Müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Məmmədov Fuad Nadir oğluna general-leytenant ali hərbi rütbəsi verilib.

Eyni zamanda, Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid İbrahim oğlu Hüseynova da general-leytenant ali hərbi rütbəsi verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR