Azərbaycan nefti həftə ərzində 2,7% bahalaşıb

Azərbaycan nefti həftə ərzində 2,7% bahalaşıb
  • Clock-gray 11:49
  • calendar-gray 27 Fevral 2021

Bu həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) – 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Emil İsmayılov

Digər xəbərlər