Londonun “İCE Futures” birjasında Brent markalı neftin fyuçers dəyəri 1,7% artaraq bir barel üçün 65,46 dollara çatıb.
APA TASS-a istinadən xəbər verir ki, eyni zamanda, WTI nefti də 1,7% bahalaşaraq bir barelinin qiyməti 62,21 dollar təşkil edib.
Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti son dəfə 2020-ci ilin yanvar ayında 65 dolları ötmüşdü.