Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:13
  • calendar-gray 03 Noyabr 2020

Noyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,60% – 26,925.05 bəndədək, S&P 500 indeksi 1,23% – 3,310.24 bəndədək, Nasdaq indeksi isə 0,42% – 10,957.61 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 2-də FTSE 100 indeksi 1,39% – 5,654.97 bəndədək, Fransa CAC-40 indeksi 2,11% – 4,691.14 bəndədək, Almaniya DAX-ı isə 2,01% – 11,788.28 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,71% artaraq 1 890,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1,1634 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər