BFB-də repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib

BFB-də repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib
# 01 noyabr 2019 10:34 (UTC +04:00)

“Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin 27 sentyabr 2019-cu il tarixində təsdiqlənməsi ilə Bakı Fond Birjasında repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, dəyişikliklərdən sonra Bakı Fond Birjasının əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlar repo predmeti kimi istifadə olunması mümkün olub.

Noyabrın 1-dən etibarən BFB-də repo əməliyyatlarında repo predmeti olan qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR