Maliyyə Nazirliyinin keçmiş dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin keçmiş dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib
# 30 iyul 2008 02:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10503120S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 10 mln. manat təşkil edib. Sifariş 91,10% (gəlirlik 11,50%) qiymətində təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 91,10% (gəlirlik 11,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyunun 5-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR