5 may 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2003023515 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən "APA-Economics"ə daxil olan məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1000 USD (5%) və 1028.1377 USD (4%) olan 10 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1013.9584 USD (4.5%), orta ölçülmüş qiyməti 1020.3993 USD (4.2719%) müəyyən edilib.
İstiqrazın illik faiz dərəcəsi 5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 121 min ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon ABŞ dolları təşkil edib.
Hava yolları şirkətinin istiqrazlarına 10 investor 10 sifariş təqdim edib
05 may 2022 17:35 (UTC +04:00)