Neft ucuzlaşıb

Neft ucuzlaşıb
# 13 iyun 2022 09:27 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 1,57% azalaraq 1 barelə görə, 120,1 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,59% azalaraq 118,75 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR