Azərbaycanda bu il kiçik və orta bizneslə bağlı özəl investisiya fondu fəaliyyətə başlayacaq

Azərbaycanda bu il kiçik və orta bizneslə bağlı özəl investisiya fondu fəaliyyətə başlayacaq
# 13 iyun 2019 14:09 (UTC +04:00)

Bu ilini sonunadək Azərbaycanda kiçik və orta bizneslə bağlı özəl investisiya fondu fəaliyyətə başlayacaq.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Mehman Abbas deyib.

Onun sözlərinə görə, bu fondun fəaliyyətində xarici şirkətlərin, eləcə də fondların fəaliyyəti arzu ediləndir.

"Bu ilin sonuna Bakıda “KOB evi” də fəaliyyətə başlayacaq. Paralel olaraq, “KOB evi”nin fəaliyyəti elektron şəkildə də əlçatan olacaq. Bundan başqa, “Kiçik və Orta Biznes haqqında” yeni qanun layihəsinin təsdiq olunması da gözlənilir ki, onun vasitəsilə kiçik və orta biznesə əlavə imkanların yaradılması nəzərdə tutulur", - deyə M. Abbas qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR