ANAMA rəsmisi: "İndiyə qədər 3 milyon 600 min kv/m-dən çox ərazi minalardan təmizlənib" - VİDEO

ANAMA rəsmisi: "İndiyə qədər 3 milyon 600 min kv/m-dən çox ərazi minalardan təmizlənib" - VİDEO
# 31 mart 2021 11:11 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox ərazisi minalardan təmizlənib. Həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib”.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

O bildirib ki, hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir.

M. Məmmədov həmçinin qeyd edib ki, aşkar edilən minalar əsasən Rusiya istehsalı olan minalardır: “Piyada və tank əleyhinə olan minalar çoxluq təşkil edir. Ərazilərdə ən çox erməni istehsalı olan minalara rast gəlirik”.

ANAMA rəsmisi mülki əhaliyə müraciət edib: “Bu ərazilərə mülki əhalinin girişi qadağandır. Ərazidə olanların bilmədiyi, hərəkət etdiyi marşrutların hamısında minalar ola bilər və hər hansı bir hadisə baş verə bilər. Artıq bütün ərazilər polis və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarət altındadır. Daha əvvəlki kimi mülki şəxslər bu ərazilərə gələ bilmir”.

M.Məmmədov erməni tərəfinin minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinə də toxunub: “Qarşı tərəf minalanmış ərazilərin xəritəsini bizə vermədiyi üçün mina sahələrini aşkar etməkdə çətinlik çəkirik”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR