Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşüb - RƏSMİ - YENİLƏNİB

Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşüb - RƏSMİ - YENİLƏNİB
# 09 fevral 2021 14:18 (UTC +04:00)

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.

***

saat 13:23

Azərbaycan Ordusunun hərbçisi Tərtərdə minaya düşüb.

APA xəbər verir ki, polkovnik-leytenant Kamil Duniyevin Suqovuşanda minaya düşdüyü bildirilir.

Ağır xəsarətlər alan K. Duniyev hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Araşdırma aparılır.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR