Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub - FOTO - YENİLƏNİB
# 23 fevral 2021 15:03 (UTC +04:00)

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Əmrah Rajapovun nəşi Gəncə şəhərinə aparılıb. Şəhid Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

***

saat 10:10

Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.

APA-nın Gəncə bürosunun məlumatına görə, adı Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rajapovun şəhid olduğu təsdiqlənib.

5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Ə. Rajapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.

Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rajapov Gəncədə anadan olub. Uşaq yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR