Noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.