Ermənilərin Bərdəni atəşə tutması nəticəsində yaralananlardan daha biri vəfat edib

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində yaralananlardan daha biri vəfat edib
# 05 noyabr 2020 12:37 (UTC +04:00)

Xəbər verildiyi kimi, 27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR