Hikmət Hacıyev: “Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verməyə davam edir"

Hikmət Hacıyev: “Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verməyə davam edir"
# 11 oktyabr 2020 13:55 (UTC +04:00)

Gəncədə baş verənlər Ermənistan tərəfindən birmənalı şəkildə məqsədli həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, baş verənlər Ermənistanın əsl simasını göstərir.

“Bu bir daha göstərir ki, Ermənistan tərəfi ümumiyyətlə, hər hansı formada öz öhdəliklərinə sadiq tərəf ola bilməz. Baş verənlər Ermənistanın qeyri-ciddi tərəf olduğunu növbəti dəfə göstərir. Biz bunu Azərbaycan xalqına qarşı Ermənistanın həyata keçirdiyi növbəti genosid aktı kimi qiymətləndiririk. Biz ermənilərin bu kimi genosid aktlarını çox yaxşı bilirik. Onlar 90-cı illərin əvvəlində də Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı əməlləri törətmişdilər. Amma bu gün onların qarşısında güclü Azərbaycan dövləti, güclü Azərbaycan Ordusu var. Onlara qalmış olsaydı bu kimi cinayət əməllərini bəlkə də daha böyük miqyasda həyata keçirərdilər. Amma Azərbaycanın bu gün rəşadətli Silahlı Qüvvələri onların bütün atəş məntəqələrini darmadağın edir. Elə döyüşdəki uğursuzluqlarının, acizliklərinin nəticəsidir ki, onlar hər zaman olduğu kimi xaincəsinə mülki insanlara qarşı hücumlar həyata keçirirlər. Bu, şərəfsizlikdir, alçaqlıqdır. Azərbaycan Silahlı Qüvvələri onların layiqli cavabını verməyə davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, baş vermiş hadisələrə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə H. Hacıyev qeyd edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR