Hikmət Hacıyev: “Gəncə, Mingəçevir və digər ərazilərin atəşə tutulmasına görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”

Hikmət Hacıyev: “Gəncə, Mingəçevir və digər ərazilərin atəşə tutulmasına görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”
# 05 oktyabr 2020 13:33 (UTC +04:00)

“Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə bu ölkənin həyata keçirdiyi dövlət terrorudur”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR