Hikmət Hacıyev: “Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir"

Hikmət Hacıyev: “Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir"
# 02 oktyabr 2020 14:39 (UTC +04:00)

“Bu, Vətən müharibəsidir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan xalqı dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq: “Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkədə ümummilli həmrəylik var: “Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən, Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana dəstəyi yüksək dəyərləndiririk”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR