MN: Azərbaycan Ordusu indiyədək Ermənistanın 300-dək tank və digər zirehli texnikasını məhv edib, 38 tankını qənimət kimi götürüb

MN: Azərbaycan Ordusu indiyədək Ermənistanın 300-dək tank və digər zirehli texnikasını məhv edib, 38 tankını qənimət kimi götürüb
  • Clock-gray 16:33
  • calendar-gray 19 Oktyabr 2020

“Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib”.

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

H. Mahmudov deyib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib: “Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər