ATƏT sədri Dağlıq Qarabağda humanitar atəşkəsin qüvvəyə minməsini alqışlayır

ATƏT sədri Dağlıq Qarabağda humanitar atəşkəsin qüvvəyə minməsini alqışlayır
# 10 oktyabr 2020 13:37 (UTC +04:00)

"ATƏT-in fəaliyyətdə olan sədri Edi Raama Moskvadakı danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni qüvvəyə minmiş humanitar atəşkəsi alqışlayır".

APA-nın xəbərinə görə, bu barədə hazırda ATƏT-ə sədrlik edən Albaniyanın qurumdakı missiyasının "Twitter" hesabında bildirilib.

"Həm regionda, həm də Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi prosesdə sabitliyə ehtiyacımız var. Ermənistan və Azərbaycan arasında bu razılaşma substantiv danışıqlara yol açır", - deyə ATƏT sədri vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR